“Napoli”dən çempionluq yolunda növbəti qələbə

“Napoli”dən çempionluq yolunda növbəti qələbə
“Napoli” qələbə seriyasını 7 matça çatdırıb.
Luçano Spalettinin yetirmələri A Seriyasının 24-cü turunda səfərdə “Empoli”yə qalib gəlib (2:0).
Sonuncu dəfə neapollular yanvarın 17-də qələbə qazana bilməyiblər. “Kremoneze” penaltilər seriyasında onları İtaliya kubokundan kənarlaşdırıb. O vaxtdan bəri klub bütün yarışlarda ardıcıl 7 qələbə qazanıb, ümumi hesab isə 16:1-dir.
İtaliya çempionatında son 20 oyunda “Napoli” yalnız bir dəfə xal itirib - yanvarın 4-də “İnter”ə uduzub (0:1).
Qeyd edək ki, növbəi turda A Seriyasının lideri “Latsio” ilə oyun keçirəcək. Matç martın 3-də baş tutacaq.
Gundelik-Baku.Org