"Real" "Çelsi"yə, "Milan" "Napoli"yə qalib gəldi

"Real" "Çelsi"yə, "Milan" "Napoli"yə qalib gəldi
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sonuncu matç günündə 2 görüş keçirilib.
"Real" öz meydanında "Çelsi" ilə qarşılaşıb. Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə "Milan" evdə "Napoli"dən güclü olub - 1:0
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 18-i keçiriləcək.
Gundelik-Baku.Org