"Qarabağ" Serbiya komandasını məğlub etdi

"Qarabağ" Serbiya komandasını məğlub etdi
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.
Qurban Qurbanovun komandası günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni 1:0 hesabı ilə məğlub edib. "Qarabağ"ın qələbə qoluna 42-ci dəqiqədə kolumbiyalı futbolçu Kevin Medina imza atıb.
Ağdam təmsilçisi digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gələcək. Oyun saat 17:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Polşa "Rakuv"una 0:3 hesabı ilə uduzub.
Gundelik-Baku.Org