25 yaşlı yarımmüdafiəçisi müəmmalı şəkildə öldü

25 yaşlı yarımmüdafiəçisi müəmmalı şəkildə öldü
"Leypsiq"in keçmiş yarımmüdafiəçisi Aqyemanq Diavuzinin ölümü ilə bağlı məlumat yayılıb.

Xarici media bildirir ki, “Yan Reqensburq” klubunun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu 25 yaşında dünyasını dəyişib. Aqyemanqın ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Diavuzi bir neçə il “Leypsiq” sistemində olub və 2018-ci ildə “İnqolştadt”a keçib. Transfer məbləği yarım milyon avro olub. O, bu ilin yayından “Yan Reqensburq”da çıxış edir.

Bu mövsüm yarımmüdafiəçi 12 oyun keçirib və heç bir məhsuldarlığı olmayıb.

Diavuzi Avstriyanın “Rid” klubunda da çıxış edib, lakin yerli Bundesliqada cəmi bir oyun keçirib.

Gundelik-Baku.Org