"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq

"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq
Türkiyə "Qalatasaray"ı ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.
Bu barədə "Qalatasaray"ın prezidenti Dursun Özbek açıqlama verib.
Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gundelik-Baku.Org