“Real Madrid” Ançelotti ilə müqaviləni uzatmaq istəyir

“Real Madrid” Ançelotti ilə müqaviləni uzatmaq istəyir
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Madrid komandasında işləməyə davam edə bilər.

Xarici media bildirir ki, Los Blankos rəhbərliyi yayda müqaviləsi başa çatacaq 64 yaşlı italiyalı ilə yeni müqavilə imzalamaq istəyir.

Bundan əvvəl mətbuat Ançelottinin Braziliya millisini çalışdıra biləcəyini yazmışdı.

Ançelotti 2021-ci ilin iyulundan “Real Madrid”i çalışdırır.
Gundelik-Baku.Org