“Bavariya”da Tuxelin yerinə o təyin olunacaq

“Bavariya”da Tuxelin yerinə o təyin olunacaq
Deyəsən, “Bavariya” məşqçi körpüsündə daha bir dəyişikliyə hazırlaşır.

Xarici mediayanın xəbərinə görə, Tomas Tuxelin rəhbərliyi altında komandanın göstərdiyi nəticələr Münhen klubunun rəhbərliyinin xoşuna gəlmir.

İspan jurnalisti Xose Alvaresin El Chiringuito TV proqramında verdiyi məlumata görə, “Bayer”in hazırkı məşqçisi Xabi Alonso 2024/25 mövsümündə "Bavariya"nın baş məşqçisi olacaq.

Bu klublar Almaniya çempionatının liderləridir. Alonsonun komandası hazırkı çempionu iki xal qabaqlayır. Komandalar arasında baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, Alonso ilə “Bayer” arasında şifahi razılıq var. Onun sözlərinə görə, klub məşqçinin üç kluba - "Real", "Liverpul" və ya "Bavariya"ya transferinə müqavimət göstərməyəcək - bunlar ispaniyalının futbolçu karyerası ərzində çıxış etdiyi komandalardır.
Xatırladaq ki, Alonso 2014-2017-ci illərdə Münhen klubunda çıxış edib. Daha sonra üç dəfə Almaniya çempionu olub, hərəyə bir dəfə Kubok və Superkubok qazanıb.
Gundelik-Baku.Org