“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu

“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.
Çempionluq uğrunda mübarizə aparan “Borussiya” “Köln”lə üz-üzə gəlib. Görüş dortmundluların qələbəsi ilə başa çatıb - 6:1.
Sebastyan Alle və Marko Roysun dubl etdiyi matçda “Borussiya”nın digər qollarını Donyel Malen və Rafael Qerreyru vurub. “Köln”ün təsəlli qoluna Deyvi Selke imza atıb. Qələbə sayəsində xallarını 53-ə çatdıran “Borussiya” “Bavariya”nı geridə qoyaraq, liderliyi ələ keçirib. Bir oyun az keçirən Münhen klubunun 52 xalı var.
Gundelik-Baku.Org