Bu rayona qar yağıb - Faktiki hava

Bu rayona qar yağıb - Faktiki hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 15-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Oğuz rayonu 2000 metr yüksəkliyə isə qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağışın miqdarı: Gədəbəy, Şərur, Şahbuz, Sədərək, Oğuz, Daşkəsən, Naxçıvan, Ağdərə (Ordubad), Gədəbəy, Quba, Salyan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağsu, Qrız, Şahdağ, Bərdə, Beyləqan, Neftçala, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Yardımlıda 1.0-7.0 mm-dək olub.
Oktyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17°, gündüz 21-23° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağacağı gözlənilir. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-23°, dağlarda gecə 2-6° isti, gündüz 6-9° isti olacaq.
Gundelik-Baku.Org