Kroos daha bir il "Real"da qalacaq

Kroos daha bir il "Real"da qalacaq
"Real" futbolçusu Toni Kroos ilə yeni müqavilə imzalayacaq.
Bu barədə insayder Fabritsio Romano "Tvitter"də məlumat verib. Yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2014-cü ildən "Kral klubu"nda çıxış edən 33 yaşlı yarımmüdafiəçi cari mövsüm 40 oyuna çıxıb, 2 qol və 5 assistlə yaddaqa qalıb.
Gundelik-Baku.Org