“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçir? - YENİLƏNİB + AÇIQLAMA

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçir? - YENİLƏNİB + AÇIQLAMA
“Xese Rodrigeslə hansısa bir danışıq aparmamışıq”.
Bu barədə “Report”a “Sabah” klubundan bildirilib.
Qeyd edilib ki, mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Sözügedən futbolçu ilə qeyd edildiyi kimi heç bir danışıq aparılmayıb. Hansısa bir transfer olacağı təqdirdə bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
09:58
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər.
“Report”un əldə etdiyi məlumata görə, vinger “Sabah”la anlaşmağa yaxındır.
Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.
Hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodrigez “Real Madrid”in yetirməsidir.
Karyerası ərzində Madrid klubu ilə yanaşı, PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.
Gundelik-Baku.Org