İngiltərə kuboku: “Mançester Siti” “Arsenal”a qalib gəldi

İngiltərə kuboku: “Mançester Siti” “Arsenal”a qalib gəldi
“Mançester Siti” İngiltərə kubokunun 4-cü turunda “Arsenal”ı məğlub edib (1:0).
“Siti” 1/8 final mərhələsinin ilk iştirakçısı olub.
Matçda yeganə qolu 64-cü dəqiqədə Ake vurub.
Növbəti oyunlar yanvarın 28-dən 30-dək keçiriləcək.
Şənbə günü “Tottenhem” “Preston”la, “Mançester Yunayted” – “Ridinq”lə qarşılaşacaq. Bazar günü “Liverpul” “Brayton”la görüşəcək. Bazar ertəsi isə “Vest Hem” “Derbi” komandasını qəbul edəcək.
Gundelik-Baku.Org