“Beşiktaş” ukraynalı futbolçu ilə müqavilə bağladı

“Beşiktaş” ukraynalı futbolçu ilə müqavilə bağladı
Türkiyənin “Beşiktaş” klubu ukraynalı hücumçu Kristina Pereviznik ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
Xarici media xəbər verir ki, yeni klubunda hücumçu ənənəvi 88 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu “Vilnüs” olub. Onun heyətində Litva çempionatının bürünc medallarını qazanıb və 20 oyunda 16 qol vuraraq turnirin ən yaxşı bombardiri olub. Belə uğura görə ukraynalı “Litva çempionatının ən yaxşı legioneri” mükafatını alıb.
Əvvəllər Pereviznik artıq Türkiyədə çıxış edib. 2019/20 mövsümündə Qaziantepin “ALG Spor”un klubunun şərəfini qoruyub.
 
Gundelik-Baku.Org