Şenol Günəş yenidən “Beşiktaş”da

Şenol Günəş yenidən “Beşiktaş”da
“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, “ağ-qaralar” növbəti dəfə Şenol Günəşə tapşırılıb. O, bu postda yenicə istefaya göndərilən Valeryen İsmaeli əvəzləyib. 70 yaşlı mütəxəssis ilk açıqlamasında hədəflərinin çempionluq olacağını bildirib.
Qeyd edək ki, Şenol Günəş 2015-2019-cu illərdə də “Beşiktaş”ı çalışdırıb.

Gundelik-Baku.Org