Bakı sakini 6 kq narkotiklə tutuldu

Bakı sakini 6 kq narkotiklə tutuldu
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Gundelik-Baku.Org