Masazır yolunda QƏZA: Avtobusun vurduğu kişi öldü

Masazır yolunda QƏZA: Avtobusun vurduğu kişi öldü
Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, hadisə dekabrın 12-də saat 18 radələrində Masazır qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.
Gundelik-Baku.Org