Geriyə sürülən "Azərsu" maşını qadını öldürdü

Geriyə sürülən "Azərsu" maşını qadını öldürdü
Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Muğan qəsəbəsində qeydə alınıb. Şıxıyev Əliəkbər Müslüm oğlu su xətləri çəkilişi zamanı idarə etdiyi "Azərsu" ASC-yə məxsus idarə etdiyi "QAZ-330232" markalı avtomobillə geriyə hərəkət edərkən 68 yaşlı Əsədova Atlas Saday qızını vurub.
Nəticədə qadın yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org