Qadının evinə qumbara atan görün harada tutuldu?

Qadının evinə qumbara atan görün harada tutuldu?
Qubada evə qumbara atılıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub
Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən 1 ədəd təlim qumbarası  götürüblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb. 
Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
Gundelik-Baku.Org