Masallıda sex yandı

Masallıda sex yandı
Masallıda avtomobil təmiri sexində yanğın olub.
FHN-dən verilən məlumata görə, Masallı rayonunun Türkoba kəndində ümumi sahəsi 84 m² olan bir dam altında tikilən dörd boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 45 m² sahədə və içərisində təmirə dayanan 2 ədəd “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org