Sabunçuda ev yandı

Sabunçuda ev yandı
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli evin dam örtüyü 40 m² sahədə və bitişik ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyü 10 m² sahədə yanıb.
FHN-dən  verilən məlumata görə, evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org