Zaqatalada ev yanaraq külə dönüb

Zaqatalada ev yanaraq külə dönüb
Zaqatalada fərdi yaşayış evi yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 180 kvadratmetr olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Gundelik-Baku.Org