Masallıda restoranda yanğın

Masallıda restoranda yanğın
Masallı rayonu, Qəriblər kəndində yerləşən restoranda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Dərhal yanğınsöndürmə işləri həyata keçirilib və yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org