Futbolçu oyun zamanı huşunu itirdi, sonra öldü

Futbolçu oyun zamanı huşunu itirdi, sonra öldü
Yunanıstanda “Eptalofos” və “Europos” həvəskar komandaları arasında keçirilən oyun zamanı 33 yaşlı futbolçu Timoteos Karasavvidis dünyasını dəyişib.  
O, matçın 37-ci dəqiqəsində huşunu itirib. Yarımmüdafiəçiyə ilkin tibbi yardım göstərilib. 
Hadisə yerinə gələn təcili yardım onu yerli xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, Timoteos dünyasını dəyişib. 
Karasavvidisin 2 övladı var idi. 
Gundelik-Baku.Org