Bakı metrosunda sərnişin öldü

Bakı metrosunda sərnişin öldü
"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib", - deyə qurum rəsmisi qeyd edib.
Gundelik-Baku.Org