Fotosu ilə şantaj edib, pul tələb etdi

Fotosu ilə şantaj edib, pul tələb etdi
Bakıda hədə-qorxu ilə tələb etmə faktı qeydə alınıb.
DİN-dən verilən məlumata görə, mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini bildirib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org