Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs tutuldu

Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs tutuldu
Bir nəfərin barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 2000 manatının alınması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini  Ahmeds Azizovs müəyyən olunaraq saxlanılıb.  
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Gundelik-Baku.Org