Quba sakinindən qanunsuz silah götürüldü

Quba sakinindən qanunsuz silah götürüldü
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq  götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini Mütəllim Qasımovda  bir ədəd müvafiq sənədləri olmayan  ov tüfənginin olması müəyyən edilib və götürülüb.
Faktla bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
Gundelik-Baku.Org