Həyat yoldaşını qətlə yetirən şəxs SAXLANILDI

Həyat yoldaşını qətlə yetirən şəxs SAXLANILDI
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.
Gundelik-Baku.Org