Xocavənddə PARTLAYIŞ - Ölən var

Xocavənddə PARTLAYIŞ - Ölən var
Xocavənddə sursat partlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb. Belə ki, ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov orada tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
Gundelik-Baku.Org