23 dollar oğurladı, 14 il mağarada gizləndi

23 dollar oğurladı, 14 il mağarada gizləndi
Yanacaqdoldurma məntəqəsindən 23 dollar oğurlayan Çin sakini 14 il mağarada gizlənib. 
"Oddity Central" xəbər verir ki, Liu Mouf iki şəriki ilə yanacaqdoldurma məntəqəsini qarət edəndə təxminən 30 yaşında idi. Kassada cəmi 23 dollar olub. Tezliklə polis çinli ortaqları taparaq onları həbs edib. Lui Mouf isə qaça bilib.
O, dağ mağarasında məskunlaşdı. Şikar ovlamaq və giləmeyvə toplamaqla dolanıb. Bəzən kartof və ət almaq üçün kəndə gedib və bir neçə dəqiqə valideynlərini görüşüb.
Liunun ailəsi dəfələrlə ondan təslim olmasını xahiş etsə də, o bundan imtina edib.
Mağarad keçirdiyi 14 il ərzində atasının dəfnində və oğlunun toyunda iştirak eə bilməyib, hətta nəvəsini belə görməyib.
Nəhayət, o, könüllü olaraq təslim olub. Liu hazırda həbsdədir və o, 10 il cəza alıb.
Gundelik-Baku.Org