Verstappenin kolleksiyasındakı avtomobillər və onların qiyməti açıqlandı

Verstappenin kolleksiyasındakı avtomobillər və onların qiyməti açıqlandı
Maks Verstappenin avtomobil kolleksiyası 6 milyon dollardan çox qiymətləndirilib.
Belə ki, “Red Bull” pilotu və ikiqat F1 çempionuna məxsus avtomobillərə dair məlumatlar dərc edilib.
Məlum olub ki, Verstappenin kolleksiyası təkcə superkarlarla məhdudlaşmır.
Beləliklə, yarışçı hələ də onun valideynləri tərəfindən hədiyyə edilmiş ilk avtomobili – “Renault Clio”nu qarajda saxlayır. Pilotun özünə aldığı ilk avtomobil isə 400 min dollar dəyərində “Renault R.S” olub.
İlk Formula 1 yarışını qazandıqdan sonra Verstappen yenə də 400 min dollara “Porsche 911 GT3 RS” alıb.
Bununla yanaşı, Verstappenin avtoparkında dörd Aston Martin (DB11 - 200 min dollar, 2018 “Vantage” - 150 min dollar, “DBS Superleggera” - 360 min dollar və “Valkyrie” - 2,7 milyon dollar) var.
Verstappen həmçinin “Ferrari 488 Pista” (331 min dollar), “Ferrari Monza SP2” (1,8 milyon dollar) və “Mercedes C63 S AMG” (78 min dollar) avtomobillərinin sahibidir.
Mənbə: sports.ru
Gundelik-Baku.Org