Yanacaqdoldurma məntəqəsinə BASQIN: kassanı yardı

Yanacaqdoldurma məntəqəsinə BASQIN: kassanı yardı
Qusarda yanacaqdoldurma məntəqəsində soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yanvarın 2-də saat 23 radələrində Qusar şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində baş verib. Rayon sakini, əvvəllər məhkum olunmuş R.Həmidov kassadakı 200 manat pulu talayıb və orada operator işləyən şəxsi dəyənəklə hədələyib.
Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Həmidov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org