Ledi Qaqanın itlərini oğurlayan şəxs 21 illik həbs olundu

Ledi Qaqanın itlərini oğurlayan şəxs 21 illik həbs olundu
Amerikalı müğənni-aktrisa Ledi Qaqanın itlərini oğurlayan və köməkçisini güllələyən şəxs haqqında qərar qəbul edilib.
Məhkəmə müttəhim 20 yaşlı Ceyms Hovard Ceksonun 21 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Şəxs hakimin qərarına etiraz etməyib.
Qeyd edək ki, hadisə ötən ilin fevralında baş tutub. Ümumilikdə polis beş şübhəli şəxsi saxlayıb. Hətta L.Qaqa itlərini geri qaytarana 500 min dollar (850 min manat) mükafat verəcəyini açıqlamışdı.
  • Ledi Qaqanın itlərini oğurlayan şəxs 21 illik həbs olundu

Gundelik-Baku.Org