Conson ictimai çıxışlarından 1,2 milyon dollar qazanıb

Conson ictimai çıxışlarından 1,2 milyon dollar qazanıb
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson vəzifəsindən getdikdən sonra xeyli miqdarda pul qazanıb.
Xarici mətbuat xəbər verir ki, istefa verdikdən sonrakı müddətdə siyasətçinin gəliri ictimai çıxışlar sayəsində 1 milyon funt-sterlinqdən (1,2 milyon dollardan çox) çox olub.
Belə ki, noyabrda Conson üç çıxışına görə 750 min funt-sterlinqdən (932,6 min dollar) çox qonorar alıb. Oktyabr ayında isə o, Sığorta Agentləri və Brokerləri Şurasının konfransında yarım saatlıq çıxışına görə təxminən 276 min funt-sterlinq (343,2 dollar) qazanıb.
Gundelik-Baku.Org