Bakıda evdən 120 min dollarlıq qızıl OĞURLANDI

Bakıda evdən 120 min dollarlıq qızıl OĞURLANDI
Bakıda evdən külli miqdarda oğurluq olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.
Araşdırma aparılır.
Gundelik-Baku.Org