Nəvə babasının evindən 8500 manatlıq oğurluq etdi

Nəvə babasının evindən 8500 manatlıq oğurluq etdi
Bakıda nəvə babasının evindən 8500 manatlıq oğurluq edib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin (baba) nəvəsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org