Bakıda evdən kombi, mətbəx və məişət əşyaları oğurlayan şəxs tutuldu

Bakıda evdən kombi, mətbəx və məişət əşyaları oğurlayan şəxs tutuldu
Qaradağ rayonunun Qobustan qəsəbəsindəki evlərin birindən 4100 manat dəyərində kombi, mətbəx və məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.  
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Səxavət Nəsirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org