Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı

Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı
Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və mənzildən 86.500 manat pul, 1500 manat dəyərində qızıl üzük və 3000 manat dəyərində mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.
Gundelik-Baku.Org