Piyadanın ölümünə görə “Baku Bus“ın sürücüsünə cinayət işi açıldı

Piyadanın ölümünə görə “Baku Bus“ın sürücüsünə cinayət işi açıldı
Piyadanın ölümünə görə "Baku Bus" MMC-nin sürücüsünə cinayət işi açılıb. 
Pravda.az-ın əldə etdiyi məlumata görə, fevralın 21-də saat 05:45 radələrində Səbail rayonu, Salyan şossesi 15 ünvanının qarşısında Ayvazov Abuzər Mahmud oğlu idarə etdiyi BMC markalı "Baku Bus" MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla piyada Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır. 
Gundelik-Baku.Org