Ağcabədidə “VAZ-2107” piyadanı vurub öldürdü

Ağcabədidə “VAZ-2107” piyadanı vurub öldürdü
Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 4-də saat 12 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Zəngişalı kənd sakini Y.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Əsgərovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və yanvarın 5-də orada ölüb.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org