İsmayıllıda 76 yaşlı qadın pilləkəndən yıxılaraq öldü

İsmayıllıda 76 yaşlı qadın pilləkəndən yıxılaraq öldü
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bu gün rayonun Qalıncaq kənd sakini, 1947-ci il təvəllüdlü Baxışova Cavahir Araz qızı yaşadığı evin təxminən 2 metr hündürlüyü olan pilləkənindən həyətə düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb. Xəsarət alan 76 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org