84 yaşlı qadını itlər parçalayaraq öldürdü - Azərbaycanda

84 yaşlı qadını itlər parçalayaraq öldürdü - Azərbaycanda
Goranboyda yaşlı qadın itlərin hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kənd sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.
Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Gundelik-Baku.Org