Balakəndə 27 yaşlı qadın kimyəvi maddədən ZƏHƏRLƏNDİ

Balakəndə 27 yaşlı qadın kimyəvi maddədən ZƏHƏRLƏNDİ
Balakəndə 27 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.
Rayonun Kortala kənd sakini, 1996-cı il təvəllüdlü Türkan İbiyeva zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 27 yaşlı Türkan İbiyevanın kimyəvi maddədən zəhərləndiyi məlum olub
Türkan İbiyevaya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org