"Baku Bus" maşınla toqquşdu - Xəsarət alan var

"Baku Bus" maşınla toqquşdu - Xəsarət alan var
Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.
Avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
Gundelik-Baku.Org