Ramanada gənc kanalizasiya qovşağına yıxılaraq xəsarət alıb

Ramanada gənc kanalizasiya qovşağına yıxılaraq xəsarət alıb
Bakının Sabunçu rayonunda gənc oğlan kanalizasiya qovşağına yıxılaraq xəsarət alıb.
“Report”un məlumatına görə, rayonun Ramana qəsəbəsində 1997-ci il təvəllüdlü Bayramov Kənan Zeynal oğlu ehtiyatsızlıqdan qapağı olmayan kanalizasiya qovşağına yıxılıb.
O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Gundelik-Baku.Org