Azərbaycanda kişi arvadını baltaladı - YENİLƏNİB

Azərbaycanda kişi arvadını baltaladı - YENİLƏNİB
Cəlilabadda arvadını baltalayan şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.
Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.
***
10:14
Cəlilabad sakini arvadını baltalayıb.
Hadisə Yusublu kəndində qeydə alınıb. Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlanıb.
Gundelik-Baku.Org