Bakı sakininin bank kartını oğurlayan şəxs hesabdakı pulu çıxarıb

Bakı sakininin bank kartını oğurlayan şəxs hesabdakı pulu çıxarıb
Bakı sakininin bank kartını oğurlayan şəxs hesabdakı pulu çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın pulqabısından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org