Azərbaycanda kişi qadınların 80 minlik qızılını götürüb YOXA ÇIXDI

Azərbaycanda kişi qadınların 80 minlik qızılını götürüb YOXA ÇIXDI
Sumqayıtda qadınlara qarşı külli miqdarda dələduzluq edilib.
Dələduzluqda təqsirləndirilən R. Əliyev Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzində qızıl satan R. Əhmədovaya külli miqdarda ziyan vurub. Belə ki, o, əvvəlcə ondan nisyə qızıl alaraq, satıb və pulunu qaytarıb. Bu yolla qadın satıcının etibarını qazanıb. Növbəti dəfə də, 45 min 539 manatlıq qızılı nisyə götürüb. Ancaq bu dəfəki qızılların pulu sahibinə qaytarılmayıb.
R. Əliyev qızıl alverçisi olan digər zərərçəkmiş G. Ağayevaya da eyni üsulla 34 min 960 manat ziyan vurub.
Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına üz tutublar. Nəticədə R. Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə məhkəmə istintaqı davam edir.
Gundelik-Baku.Org