Ermənistanda eks-nazirə cinayət işi açıldı

Ermənistanda eks-nazirə cinayət işi açıldı
2012-2016-cı illərdə Ermənistan Mədəniyyət Naziri vəzifəsini tutmuş H.P.-ya cinayət işi açılıb. 
Bu  barədə "Hraparak" nəşri məlumat yayıb.
Bildirilir ki, sabiq nazir dələduzluqda ittiham olunur. Belə ki,  H.P “Sochocenter” SP şirkətinin təsisçilərinə və direktoruna dövlət mülkiyyətində olan “P.Çaykovski adına İrəvan Orta Musiqi Məktəbi” SNOC-un dələduzluq yolu ilə oğurlanmasında köməklik edib. Nəticədə dövlətə 100 milyon dram xüsusi külli miqdarda maddi ziyan dəyib.
Hazırda Ermənistan Baş Prokurorluğunda sabiq nazirə qarşı cinayət işi açılıb. Araşdırma aparılır. 
Gundelik-Baku.Org