Almaniyadan maşın gətirmək istəyəni belə aldatdılar

Almaniyadan maşın gətirmək istəyəni belə aldatdılar
Almaniyadan avtomobil gətirmək istəyən şəxs dələduzluqla üzləşib.
Lent.az-ın məlumatına görə, Hətəmov İlkin Valeh oğlu dələduzluqda təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.
Məlumata görə, İlkin həyat yoldaşı V. Heydərovanın iş yoldaşı Rauf Bəşirovu aldadıb. Belə ki, Rauf Almaniyadan “Mercedes-Vito” markalı avtomobil gətirtmək istəyib. Bunun üçün də İlkin ondan 8600 manat pul alıb. Lakin sonra ortada nə maşın olub, nə də pul. Aldadıldığını görən Rauf hüquq-mühafizə orqanlarına üz tutub.
Məlumata İlkin həm də həyat yoldaşını döyməkdə də ittiham olunur.
İş hazırda Binəqədi rayon Məhkəməsində araşdırılır.
Qeyd edək ki, İlkin Hətəmov aranjimançı-musiqiçidir.
Gundelik-Baku.Org